Partladıcı 15 yaşlı uşağın barmaqlarını qopardı - Rusiyada


  • 22:06 / 01 01 2022 |
  • Bölmə: Dünya


Moskava ətrafında yerləşən orta məktəblərdən birində keçirilən Yeni il şənliyi zamanı xoşagəlməz hadisə baş verib.

"Rupor" vesti.ru-ya istinadən xəbər verir ki, 15 yaşlı şagird pirotexniki vasitəni alışdırarkən onu əlindən buraxmaqda gecikib. Nəticədə pirotexniki vasitə məktəblinin əlində partlayıb, 2 barmağını qoparıb.

Məktəblini xəstəxanaya yerləşdirilib, vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

Prokurorluq hadisənin başvermə şəraitini araşdırır.




Oxşar xəbərlər