Ağır yol qəzasında 16 nəfər xəsarət aldı - Türkiyədə


  • 23:32 / 01 01 2022 |
  • Bölmə: Dünya


Türkiyədə baş verən zəncirvari yol qəzasında 16 nəfər xəsarət alıb.

Bu barədə “Rupor” “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Ankarada qeydə alınıb. Yeniməhəllə rayonunda avtobus zəncirvari qəzaya səbəb olub. Qeyd edilir ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb. Avtobus habelə digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.




Oxşar xəbərlər