Cənubi Afrikanın parlament binası çökdü


  • 15:50 / 02 01 2022 |
  • Bölmə: Dünya / Hadisə


Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binası yanğın nəticəsində çöküb.

Bu barədə Cənubi Afrikanın "News24" xəbər portalı məlumat yayıb.

Yanğının söndürülməsi davam edir.

Qeyd edək ki, parlamentin tarixi binası 1884-cü ildə tikilib.
Yanğının söndürülməsinə əvvəlcə 6 yanğınsöndürmə briqadası və 36 yanğınsöndürən gəlib, daha sonra əlavə qüvvələr cəlb olunub.

Parlament binasının ətrafı mühasirəyə alınıb. İstintaq başlayıb.(Report)




Oxşar xəbərlər