İbrahim Rəisi Azərbaycanla Ermənistanın indiki münasibətindən məmnundur


  • 23:21 / 03 01 2022 |
  • Bölmə: Dünya


“İki ölkə arasındakı məsələlərin beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll edilməsinə ümid edirik. Regionda sülh, sabitlik və təhlükəsizliyə şahid olmaq istəyirik”.

"Rupor" İran mediasına istinadən xəbər verir ki, bu fikirləri Prezident İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı səsləndirib və bu barədə islam ölkəsinin Prezident Administrasiyası məlumat yayıb. 

Prezidentlərin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdikləri bildirilir. Nikol Paşinyan da Azərbaycanla apardığı müzakirələr barədə məlumat verib.

Rəisi də öz növbəsində Azərbaycan və Ermənistan arasındakı müzakirə prosesinin irəliləməsindən məmnun olduğunu deyib.

Şair Abdulla



Oxşar xəbərlər