Sudandakı aksiyalarda 56 nəfər öldürüldü


  • 11:14 / 04 01 2022 |
  • Bölmə: Dünya


Sudanda ötən ildən davam edən hərbi çevriliş əleyhinə nümayişlərdə baş verən qarşıdurmada daha 2 nəfər həyatını itirib. Bununla da ölkədəki aksiyalarda öldürülənlərin sayı 56 nəfərə çatıb.

“Rupor" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Həkimlər Komitəsinin açıqlamasında bildirilir.

Sudan polisi ölkədə hakimiyyətin tam mülki rejimə keçidi tələbi ilə Prezident Sarayına doğru hərəkət edən nümayişçiləri gözyaşardıcı qaz və səs bombaları ilə dağıdıb.

Xatırladaq ki, oktyabrın 25-də ordunun hərbi müdaxiləsinə, noyabrın 21-də isə siyasi razılaşmaya qarşı çıxan minlərlə insan paytaxtın Bəhri və Umdurman rayonlarında, bəzi şəhərlərdə küçələrə axışıb. Aksiyalar zamanı polisin müdaxiləsi nəticəsində onlarla nümayişçi qazdan təsirlənib.

Ölkənin Baş naziri Abdullah Hamduq yanvarın 2-də istefaya gedib. Hökumət rəhbərinin istefaya getməsinə səbəb Sudanda davam edən siyasi böhrandır.

Sudanda etiraz aksiyaları 2021-ci ilin 25 oktyabrında başlayıb.



Oxşar xəbərlər