Helikopter qəzası - Polkovniklə kapitan öldü


  • 12:08 / 04 01 2022 |
  • Bölmə: Dünya / Hadisə


İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.

“Rupor" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.

Bildirilir ki, helikopter yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxıb. Naməlum səbəbdən dənizə düşüb.

Faktla bağlı araşdırma aparılır.







Oxşar xəbərlər