Paşinyanın partiyasından iki deputat istefa verdi


  • 21:39 / 04 01 2022 |
  • Bölmə: Dünya


Ermənistan parlamentinin iki deputatı istefa verib. 

“Rupor” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, həmən deputatlar “Vətəndaş müqaviləsi” partiyasının üzvləri olan Serqey Movsisyan və Sedrak Tevonyandır. 

Onların mandatdan imtina etməsi haqda informasiya parlament sədrinin müvafiq bəyanatlarının işıqlandırıldığı internet saytında yer alıb. 
Qərarın detalları haqda məlumat verilməyib. 

Qeyd edək ki, adıçəkilən partiyanın rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyandır. 




Oxşar xəbərlər