Ölkədən qaçdığı deyilən Qazağıstan Prezidentindən sərt reaksiya


  • 17:48 / 05 01 2022 |
  • Bölmə: Dünya / Hadisə


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

"Rupor" TASS-a istinadən xəbər verir ki, bu gün ikinci dəfə xalqa müraciət edən Tokayev ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib. O, paytaxt Nur-Sultanda olduğunu və şəhəri heç bir halda tərk etməyəcəyini dilə gətirib.

Müraciətində asayiş keşikçiləri arasında ölüm hallarının olduğunu deyən Prezident bundan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı maksimum sərt davranacağını əlavə edib.

Tokayev vəziyyətin stabilləşməsi üçün tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini qeyd edib.




Oxşar xəbərlər