
Belarus Prezidenti Aleksandr Lukaşenko II Dünya müharibəsi və ondan sonrakı dövrdə (1951-ci ilə qədər) Belarus xalqının soyqırımının hüquqi cəhətdən tanınmasını əks etdirən qanun imzalayıb.
"Rupor" TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bu qanun onlayn və çap mediasında soyqırımın inkar edilməsinə görə cinayət məsuliyyətini də özündə ehtiva edir.
