Ermənistan Qazaxıstana əsgərlər göndərir


  • 15:30 / 06 01 2022 |
  • Bölmə: Dünya


Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının sülhməramlı qüvvələrinin tərkibinə daxil olacaq 70 əsgərini Qazaxıstana göndərir.

"Rupor" xəbər verir ki, bu barədə Ermənistanın xəbər agentlikləri məlumat yayıblar.

“Sputnik Armeniya”nın informasiyasına əsasən, erməni hərbçilər Qazaxıstanda mühüm strateji obyektlərin mühafizəsini təmin edəcəklər.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciətinə əsasən Rusiyanın hərbi-desant qoşunlarının 76-cı diviziyasına daxil olan 45 saylı xüsusi təyinatlı briqada Qazaxıstana müdaxiləyə hazırlaşır. Onlaırn bir qismi artıq ölkə ərazisinə gətirilib.




Oxşar xəbərlər