Qazaxıstana əcnəbilərin girişi qadağan edildi


  • 16:22 / 06 01 2022 |
  • Bölmə: Dünya / Hadisə


Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb.

"Rupor" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Özbəkistandakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, ölkədə baş verən iğtişaşlara görə yanvarın 5-də ölkə boyu tətbiq edilən fövqəladə vəziyyət bütün şəhərlərdə komendatura yaradılmasını, saat 23-dən 7-dək evi tərk etmək, kütləvi toplantılar keçirmək qadağasını, gediş-gəliş məhdudiyyətlərini ehtiva edir.




Oxşar xəbərlər