
Türkiyə dost və müttəfiq ölkələrin də müdafiə təyinatlı məmulatlarla bağlı ehtiyaclarını ödəyən bir ölkəyə çevrilib.
"Rupor" xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı daha sonra əlavə edib:
"Öz hərbi gəmisini hazırlayan 10 ölkənin arasında yer alırıq. PUA istehsalında isə artıq dünyanın üç ölkəsindən biriyik".
