ŞƏT Qazaxıstana kömək etməyə hazırdır


  • 18:59 / 07 01 2022 |
  • Bölmə: Dünya


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) regional antiterror strukturu sorğu əsasında Qazaxıstanın səlahiyyətli orqanlarına lazımi yardım göstərməyə hazırdır.

"Rupor" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsinin məlumatında deyilir.

"Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun İcraiyyə Komitəsi Qazaxıstan Respublikasındakı vəziyyətdən ciddi narahatlığını ifadə edir. Eyni zamanda, o, Şanxay Əməkdaşlıq Təşkilatının tələblərinə uyğun olaraq, lazımi yardımı göstərməyə hazır olduğunu bəyan edir”, - məlumatda deyilir.

Antiterror strukturunda onlar Qazaxıstan rəhbərliyinin ictimai təhlükəsizliyin təmin edilməsi, respublikanın konstitusiya quruluşunun qorunması istiqamətində qətiyyətli tədbirləri tam dəstəklədiklərini bildiriblər.




Oxşar xəbərlər