Qazaxıstanda iğtişaşların vurduğu ziyan açıqlandı


  • 20:57 / 07 01 2022 |
  • Bölmə: Dünya


Qazaxıstanda baş verən iğtişaşların vurduğu iqtisadi ziyanın məbləği 200 milyon dollara yaxındır.

“Rupor” “İnformburo.kz”a istinadən xəbər verir ki, bu barədə Ataməkən Milli İş Adamları Palatası məlumat yayıb.

Qurumun açıqlamasına görə, ötən müddət ərzində Qazaxıstanın 10 regionunda 848 sahibkarlıq subyektinə və 1 021 obyektə, o cümlədən Almatı şəhərində 789 subyektə və 950 obyektə ziyan vurulub.

Vurulan ziyanın məbləği 87,2 milyard tenge (200 milyon ABŞ dollarına yaxın), Almatı üzrə isə 85,8 milyard tengedir.




Oxşar xəbərlər