Futbolçu oyun zamanı infarkt keçirdi


  • 14:20 / 09 01 2022 |
  • Bölmə: Dünya / İdman


Qətərin "Əl-Vakra" klubunun futbolçusu Usman Kulibali səfərdə "Əl-Rayan"a qarşı keçirdikləri ölkə çempionatının oyunu zamanı infarkt keçirib.

"Rupor" "Report"a istinadən bildirir ki, ilk hissənin sonlarında huşunu itirərək yerə yıxılan malili müdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib. Bundan sonra isə 33 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib. Futbolçunun vəziyyətinin kritik olduğu bilidirilib.

Qeyd edək ki, "Əl-Rayan" - "Əl-Vakra" matçı yarımçıq dayandırılıb.




Oxşar xəbərlər