Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 100 mini ötdü


  • 17:30 / 09 01 2022 |
  • Bölmə: Dünya / Səhiyyə


İranda ötən sutka ərzində 31 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Rupor"
İran mediasına istinadən bildirir ki,  bunu sözü gedən ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 878 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 480 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 206 405 nəfərə çatıb.




Oxşar xəbərlər