Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi


  • 21:51 / 10 01 2022 |
  • Bölmə: Dünya


Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.

“Rupor” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.

“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”, - deyə Kuillo qeyd edib.




Oxşar xəbərlər