Kriminal avtoritet tutuldu


  • 14:41 / 11 01 2022 |
  • Bölmə: Dünya


Kriminal aləmdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Rupor" “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Nur-Sultan şəhərinin Rayonlararası İstintaq Məhkəməsi qərar verib.

İstintaqın digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 7-si Almatı şəhərində saxlanılıb.




Oxşar xəbərlər