"Avropa müharibə təhlükəsi ilə üzləşib" - ATƏT sədri


  • 21:08 / 13 01 2022 |
  • Bölmə: Dünya / Hadisə


Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsi ilə üz-üzə qalıb.

“Rupor” “Reuters”ə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.

“Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik”, - polşalı nazir qeyd edib.

Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb.




Oxşar xəbərlər