Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı


  • 21:21 / 13 01 2022 |
  • Bölmə: Dünya


Avropa İttifaqı Rusiyaya qarşı 2014-cü ilin iyulunda "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə görə" tətbiq etdiyi sektoral iqtisadi sanksiyaların müddətini altı ay uzadıb.

"Rupor"xəbər verir ki, bu barədə cümə axşamı Aİ Şurasının yaydığı bəyanatda deyilir.

“Şura Rusiya iqtisadiyyatının konkret sektorlarına yönəlmiş qadağanedici tədbirlərin 6 ay müddətinə, 2022-ci il iyulun 31-dək uzadılması barədə qərar qəbul edib”, - məlumatda bildirilir. 




Oxşar xəbərlər