Tibb işçilərinin qələm zarafatı xəstəxanada faciə yaşatdı


  • 09:24 / 15 01 2022 |
  • Bölmə: Dünya / Hadisə / Səhiyyə


İstanbulda xəstəxananın reanimasiya şöbəsində çalışan tibb bacısı Əkrəm K. yanındakı biotibbi texnik Fatih K.-nin cibindən qələmi çıxarıb. Bu zaman “Qələmi gətir, yoxsa reanimasiyanın oksigen bağlantısını kəsərəm” deyən Fatih K. oksigen qapağını bağlayıb. Nəticədə xəstəxananın həyəcan siqnalı işə düşüb və xəstələrdən biri hava oksigen çatışmazlığından ölüb. 

"Rupor" xəbər verir ki, bu barədə haberler.com yazıb. 

Fatih K. inzibati istintaq çərçivəsində aldığı ifadəsində baş verənləri belə izah edib: "Məni reanimasiyadan başqa tibb bacısı çağırdı. Axşam saat 16:00 radələrində şöbəyə gəldim. Əkrəmlə görüşdük, o da qələmi cibimdən götürdü və getdi. Geri çağırdım, dönmədi. Mən də dedim ki, oksigenin "klapanı"nı bağıayıram, gəlib özün aşarsan. O da qayıdıb açmadı. Mən bu hərəkəti etməməliydim.  

Xəstəxana inzibati istintaq çərçivəsində verdiyi ifadələrdən sonra işdən çıxardığı texnik Fatih K.-ya qarşı cinayət işi açılması üçün əvvəlcə Səhiyyə Nazirliyinə, daha sonra isə İstanbul Respublika Baş Prokurorluğuna müraciət edib. Prokurorluq şübhəli şəxs barəsində "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə istintaqa başlayıb.

Eldar 




Oxşar xəbərlər