Danimarkanın sabiq müdafiə nazirinə cinayət işi qaldırıldı


  • 21:39 / 15 01 2022 |
  • Bölmə: Dünya


Danimarkanın sabiq müdafiə naziri Klaus Hjort Frederiksen dövlət sirrini yaymaqda şübhəli bilinərək həbs edilib.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, sabiq nazir ifadə azadlığını pozduğu üçün təqsirləndirilir. Bildirilir ki, 2016-2019-cu illərdə müdafiə naziri vəzifəsində çalışmış Frederiksen ölkənin təhlükəsizliyi və xarici əlaqələri ilə bağlı məxfi məlumatları ötürməkdə ittiham olunur. Günahı sübuta yetirildiyi təqdirdə onu 12 ilə qədər həbs gözləyir.
“Mən bir millət vəkili kimi siyasi məsələlərlə bağlı danışmışam və hazırda deyəcək başqa sözüm yoxdur. Danimarkanın maraqlarına xələl gətirəcək bir şey etməyi heç vaxt təsəvvür edə bilməzdim”, - deyə sabiq müdafiə naziri açıqlamasında bildirib.

Qeyd edək ki, Klaus Hjort Frederiksenin həbsi Danimarkanın hərbi kəşfiyyat idarəsinin keçmiş rəhbərinin istintaq altında olmasının üzə çıxmasından bir neçə gün sonraya təsadüf edir.



Oxşar xəbərlər