"Kurtlar Vadisi Pusu" serialında rol alan aktyor Bozkurt Kuruç dünyasını dəyişib.

Rupor bildirir ki, bu haqda Türkiyə mediası yazıb.

Məlumata görə, Türk teatrına illərdir xidmət edən və bir çox tamaşalarda rol alan professor B.Kuruç 86 yaşında İzmirdə vəfat edib.

2000-ci ildə dövlət teatrlarından təqaüdə çıxmasına baxmayaraq, səhnəni tərk etməyən sənətçi rejissorluğu öz üzərinə götürərək 2019-2020-ci ildə İzmirdə "Qanlı toy" tamaşasını səhnələşdirib. Kuruç teatrdan başqa bəzi seriallarda, xüsusən də "Kurtlar Vadisi Pusu"da rol alıb.







Oxşar xəbərlər