
Türkiyədə xizək mərkəzində qar uçqunu olub.
Rupor Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Erciyes dağının Hisarcık Kapı bölgəsindəki xizək mərkəzində 3 kanadalı turist qar uçqununun altında qalıb.
Xilasedicilər 2 turisti xilas edib, 1 turist isə həyatını itirib.
