BMT üzvünün meyiti Türkiyədə tapıldı


  • 22:37 / 16 01 2022 |
  • Bölmə: Dünya / Hadisə


BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin meyiti Türkiyənin Erciyes dağ-xizək kurortunda xilasedicilər tərəfindən tapılıb.

Rupor
Türkiyə mediasına istinadən məlumat yayıb.

Məlumata görə, Qaziantepdən Kayseriyə xizək sürməyə gələn 3 nəfər Erciyes xizək kurortunda Hisarcik Kapı vadisində qar uçqunu altında qalıb.

"Axtarış-xilasetmə qrupları 2 nəfəri xilas edib, uçqun altında qalan 1 nəfərin axtarışları isə davam edib. Qrupların mənfi 25 dərəcədə apardığı axtarışlar zamanı uçqun altında qalan şəxsin meyiti aşkarlanıb. Ölən şəxsin Qaziantepdə BMT-nin əlaqələndirici üzvü kimi çalışmış Kanada vətəndaşı Maykl Krift olduğu məlum olub”, - nəşr yazıb.




Oxşar xəbərlər