Kanadalı pop-ulduz Selin Dion Şimali Amerikada planlaşdırdığı konsertlərini güclü əzələ spazmları səbəbindən ləğv edib.

“Rupor” xəbər verir ki, bu barədə o, tviterdə bildirib.

“Mən çox ümid edirdim ki, bu vaxtadək yaxşılaşacağam, amma güman edirəm ki, sadəcə daha səbrli olmalı və həkimlərin yazdığı rejimə əməl etməliyəm”, - o yazıb.

Sözügedən konsertlər 9 mart – 22 aprel tarixlərində keçirilməli idi. Alınmış biletlərin pulu geri qaytarılacaq.

S.Dionun dünya turu çərçivəsində Avropadakı çıxışları isə hələ ləğv edilməyib. Birinci konsert proqramı mayın 25-nə planlaşdırılıb.

Daha əvvəl pop-ulduz güclü əzələ spazmları səbəbindən 2021-ci il 5-20 noyabr və 2022-ci il 19 yanvar – 5 fevral tarixlərindəki konsertlərini ləğv etmişdi.




Oxşar xəbərlər