Bu gün ilin ən yaxşı oyunçusuna mükafat veriləcək


  • 10:26 / 17 01 2022 |
  • Bölmə: Dünya / İdman


Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi "The Best" mükafatının sahibi bəlli olacaq.

"Rupor" xəbər verir ki, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən yaxşı futbolçu adına Fransanın PSJ-klubunun argentinalı oyunçusu Lionel Messi, Almaniyanın "Bavariya"klubunun polşalı oyunçusu Robert Levandovski və İngiltərənin "Liverpul" klubunun misirli oyunçusu Məhəmməd Salah iddia edir.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır:
1. Cennifer Ermoso (İspaniya / "Barselona")
2. Samanta Kerr (Avstraliya / "Çelsi")
3. Aleksiya Putelyas (İspaniya / "Barselona").
2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinə rəhbərlik edən Roberto Mançini, onun İngiltərənin "Mançester Siti" və "Çelsi" klublarındakı həmkarları, müvafiq olaraq, Xosep Qvardiola və Tomas Tuxel iddialıdır.

Qadın futbolunda isə Lüis Kortes (İspaniya / "Barselona"), Emma Heyz (İngiltərə / "Çelsi") və Sarina Viqman (Niderland / Niderland millisi / İngiltərə millisi) namizəddir.

Bundan əlavə, tədbirdə ən yaxşı qadın və kişi qapıçılar, ilin ən yaxşı qolu, azarkeşi, "fair play" mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası təqdim ediləcək.




Oxşar xəbərlər