Nazarbayevin qardaşı oğlu da işdən çıxarıldı


  • 10:54 / 17 01 2022 |
  • Bölmə: Dünya


Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

"Rupor" xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu.

Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.




Oxşar xəbərlər