Əfqanıstanda zəlzələ - Ölənlər var


  • 21:55 / 17 01 2022 |
  • Bölmə: Dünya


Əfqanıstanın qərbində yerləşən Bədğis əyalətinin Qədis qəzasında baş verən zəlzələ nəticəsində 12 nəfər ölüb.

“Rupor” xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın qubernatoru Məhəmməd Saleh Purdelin bildirib ki, həmin şəxslər yaşayış evlərinin dağılması nəticəsində dünyasını dəyişiblər.

ABŞ Geologiya Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 5,3 bal olub.




Oxşar xəbərlər