Zelenski ABŞ-ın dövlət katibi ilə görüşdü - Fotolar


  • 20:24 / 19 01 2022 |
  • Bölmə: Dünya


Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Rupor” xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında məlumat yayıb.

V.Zelenski görüşün nəticəsi olaraq bildirib ki, Ukrayna ABŞ arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.

“ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm.

Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq”, - deyə Zelenski bildirib.










Oxşar xəbərlər