Özünü koronavirusa yoluxduran müğənni öldü


  • 22:45 / 19 01 2022 |
  • Bölmə: Dünya


Çexiyada özünü qəsdən koronavirusa yoluxduran və bəzi məhdudiyyətlərdən azad olmağa çalışan 57 yaşlı müğənni Hana Horka sosial şəbəkədə sağaldığını yazandan iki gün sonra dünyasını dəyişib.

“Rupor” xəbər verir ki, bu barədə müğənninin oğlu Jan Rek BBC-yə anasının peyvənd olunmadığını, atası və özünün COVID-19-a yoluxduğu müddətdə xəstələndiyini deyib.

Rek anasının peyvənddən imtina etdiyini, testinin pozitiv çıxmasına baxmayaraq, təcrid olunmadığını bildirib.

Çexiyanın məşhur musiqi qruplarından biri olan “Asonance”ın solisti Horka paylaşımında “İndi teatr, sauna, konsert olacaq” ifadələrini işlədib.

Kinoteatrlar, barlar və kafelər də daxil olmaqla, Çexiyada bir çox məkana giriş üçün peyvənd olunmaq və ya koronavirusa yoluxub sağalmaq lazımdır.

Qeyd edək ki, Çexiyada son günlərdə COVID-19-a yoluxanların sayı ən yüksək həddə çatıb. 10,7 milyon əhalisi olan ölkədə yoluxanların sayı 28 mini keçib.




Oxşar xəbərlər