Ukrayna Qara dəniz sahilində kosmodrom tikə bilər


  • 22:11 / 20 01 2022 |
  • Bölmə: Dünya


Ukrayna alimləri Qara dəniz sahili yaxınlığında Odessa və Nikolayev vilayətlərinin inzibati sərhəddində kosmodrom tikintisi imkanlarını müzakirə edirlər.

Bu barədə “Rupor” “Ukrinform” İnformasiya Agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, strateji obyektin tikintisi Türkiyə ilə koordinasiya tələb edir, çünki bu, reaktiv daşıyıcının ikinci mərhələsinin onun ərazisinə düşmə riski ilə əlaqədardır.

“Hələlik Ukraynada kosmodrom tikilmir, çünki ərazimiz sıx məskunlaşıb. Və belə bir obyektin tikintisi zamanı müəyyən tələblərə riayət edilməlidir.

Xüsusilə, boş ərazi lazımdır - daşıyıcı raketlərin və mühüm obyektlərin uçuş marşrutu altında ən azı 500 kilometr, bu marşrutdan hər iki istiqamətdə 200 kilometr” - deyə, Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Serqey Qrinevetskiy deyib.




Oxşar xəbərlər