Qanada güclü partlayış - Ölənlər var


  • 23:22 / 20 01 2022 |
  • Bölmə: Dünya


Qananın qərbində güclü partlayış qeydə alınıb.

"Rupor" xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı maddələr daşıyan avtomobil motosikletlə toqquşaraq aşıb.

Hadisə nəticəsində ölənlər və xəsarət alanların olduğu deyilir.

Zərərçəkənlərin əksəriyyəti xilas edilib və xəstəxanalara yerləşdirilib.

Polis təhlükəsizlik baxımından əhaliyə partlayış baş verən ərazini tərk etməyi tövsiyə edib.




Oxşar xəbərlər