Şvartseneqqer qəzaya düşdü - Fotolar


  • 09:48 / 22 01 2022 |
  • Bölmə: Dünya


Hollivud ulduzu, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer qəzaya düşüb.

“Rupor” xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin hansı ərazidə baş verdiyi açıqlanmayıb.

Məlumata görə, aktyor idarə etdiyi “Yukon” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə “Prius” markalı maşınla toqquşub, onun üzərinə çıxıb, daha sonra “Porsche Cayenne”ə dəyib. 

“Prius”un qadın sürücüsünün başından ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Aktyorun isə səhhətinin yaxşı olduğu bildirilir. 










Oxşar xəbərlər