Dövlət katibləri Ukrayna ətrafındakı vəziyyəti müzakirə etdilər


  • 19:44 / 22 01 2022 |
  • Bölmə: Dünya


ABŞ dövlət katibi Entoni Blinken və Kanadanın xarici işlər naziri Melani Coli arasında telefon danışığı olub.

"Rupor" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

“Ukrayna üçün potensial təhlükə ilə bağlı ümumi narahatlığımızı, həmçinin Rusiyanı diplomatiya və deeskalasiyaya doğru sövq etmək səyləri müzakirə etdik”, - deyə məlumatda bildirilir.




Oxşar xəbərlər