Marsda yaşamağın qiyməti məlum oldu - İlon Mask planlarını açıqladı


  • 09:11 / 04 02 2022 |
  • Bölmə: Dünya / Bilgi



"Biz hələlik Marsda məskunlaşma apara bilmərik, çünki bu, çox bahadır. Bu gün Marsa insan göndərmək hazırda 1 trilyon ABŞ dollarına başa gələcək. Fakt budur ki, bir raket bəs etmir, insanlara tibbi avadanlıq, kommunikasiya vasitələri lazımdır". 


"Rupor" xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask bildirib.

O, uzağı 10 ilə Marsa daha az xərclərlə getməyin mümkünlüyünü də vurğulayıb. Dediyinə görə  rəhbərlik etdiyi şirkəti insanların və yüklərin başqa planetə daşınması xərclərini azaltmağın yollarını axtarır.

Mask onu da vurğulayıb ki, yeraltı hidroponik fermalardan istifadə edərək özünü təmin edən şəhərlər qurmaq istədiyini açıqlayıb. Onlar günəş enerjisi ilə işləyəcəklər.

Ləman 





Oxşar xəbərlər