Britaniyanın gələcək kraliçasının adı açıqlandı


  • 15:56 / 06 02 2022 |
  • Bölmə: Dünya


Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümündə konsort kraliçanın adını açıqlayıb.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu il taxta çıxmasının 70-ci ildönümünü qeyd edən 95 yaşlı Kraliça yazılı mətnlə ölümündən sonra böyük oğlu Şahzadə Çarlzın kral olacağını və gəlini Kornuoll hersoqinyası Kamillanın isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib.

“Oğlum Çarlz kral olan zaman ona və onun xanımı Kamillaya mənə verdiyiniz dəstəyi göstərməyinizi istəyirəm. Səmimi arzum budur ki, Çarlz Kral olanda həyat yoldaşı Kamillanı da konsort kraliça olaraq qəbul edəsiniz”.

Qeyd edək ki, 1952-ci il fevralın 6-da Kral VI Corcun ölümündən sonra 25 yaşlı II Elizabet Kraliça elan olunub.





Oxşar xəbərlər