
Türkiyənin Konya şəhərində turistləri daşıyan avtobus aşıb.
"Rupor" türk mediasına istinadən xəbər verir ki, qəza səhər 09:30 saatlarında baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.
Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Yaralılar dərhal xəstəxanaya aparılıb.
İlkin məlumata görə, hadisəyə səbəb yolun buz bağlaması olub.







