İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdi


  • 18:55 / 14 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 42 min litr qanunsuz yanacaq daşıyan gəmini ələ keçirib.

“Rupor” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda İranın rəsmi agentliyi “İRNA” məlumat yayıb.

Hörmüzqan vilayətinin Baş prokuroru Müctəba Qəhrəmani qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı aşkarlanan qayığın İnqilab Keşikçiləri Ordusu tərəfindən ələ keçirildiyini bildirib.

Qəhrəmani 42 min litr qaçaq yanacağın ələ keçirildiyi qayıqda olan 4 nəfərin də nəzarətə alındığını açıqlayıb.



Oxşar xəbərlər