Türkiyə kəşfiyyatı təhlükəli terrorçunu zərərsizləşdirdi


  • 17:41 / 15 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.

"Rupor" Report-a istinadən xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.

Üstəlik Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.
O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.




Oxşar xəbərlər