“NATO bir təşkilat olaraq Ukrayna üçün heç nə etmədi”


  • 19:46 / 16 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


“Bir təşkilat olaraq NATO hazırkı vəziyyətdə Ukraynaya kömək etmək üçün heç nə etməyib”.

“Rupor” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi “Bloomberg TV”yə müsahibəsində deyib

"Biz ittifaqın bir hissəsi olan müttəfiqlərə minnətdarıq, onların bizə necə kömək etdiyini heç vaxt unutmayacağıq. Lakin NATO alyans olaraq heç nə etməyib", - o bildirib. 

Bununla yanaşı, Kuleba Ukraynaya yardım göstərməkdə Avropa İttifaqının mühüm rolunu qeyd edib. “Avropa İttifaqı güclü iqtisadi sanksiyalar tətbiq edib, Ukraynaya iqtisadi və hərbi dəstək verib. Ancaq NATO yalnız bəyanatlarında müxtəlif səviyyələrdə narahatlıq ifadə edə bildi”, - Ukrayna XİN rəhbəri əlavə edib.(Qafqazinfo)



Oxşar xəbərlər