Rusiya, Ukrayna, Türkiyə və BMT arasında iclas keçiriləcək - Mövlud Çavuşoğlu


  • 10:45 / 18 05 2022 |
  • Bölmə: Dünya


Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun iclası keçiriləcək.

"Rupor" "TRT Haber"ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu qeyd edib ki, BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var.

"Yaxın günlərdə texniki səviyyədə görüş keçirilməsi planlaşdırılır", - deyə nazir əlavə edib.




Oxşar xəbərlər