İsveçlə Finlandiya üzvlük müraciətlərini Stoltenberqə təqdim etdi - FOTO


  • 11:01 / 18 05 2022 |
  • Bölmə: Dünya


İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı müraciətlərini alyansın Baş katibi Yens Stoltenberqə təqdim ediblər.

“Rupor” “RİA Novosti”yə istinadən xəbər verir ki, müraciətlərin təqdim edilməsi NATO-nun Brüsseldəki baş qərargahında baş tutub. 

Xatırladaq ki, İsveçin Baş naziri Maqdalena Andersson mayın 17-si bildirib ki, Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı müraciətlərini mayın 18-i birlikdə təqdim edəcəklər.







Oxşar xəbərlər