
Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur.
"Rupor" xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
O qeyd edib ki, hökumət Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır.
