ABŞ-dan Ukraynaya 215 milyon dollarlıq yardım


  • 07:32 / 19 05 2022 |
  • Bölmə: Dünya


Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya 215 milyon dollar məbləğində yeni təcili ərzaq yardımı elan edib.

"Rupor" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken digər ölkələri Rusiyanın Ukraynaya təcavüzü səbəbindən böyüyən qlobal ərzaq böhranına tez kömək etməyə çağırarkən deyiba:

"Bu gün böhranın aktuallığını nəzərə alaraq, daha 215 milyon dollarlıq yeni təcili ərzaq yardımı elan edirik və daha çox işlər görəcəyik. Konqresimizin tezliklə humanitar yardım və ərzaq təhlükəsizliyi üçün təxminən 5,5 milyard dollar əlavə maliyyə dəstəyini təsdiqləyəcəyini gözləyirik".


Blinkenin sözlərinə görə, ölkəsi daha əvvəl Rusiyadan gübrə alan ölkələrdə gübrəyə tələbatın artması səbəbindən ABŞ-ın gübrə istehsalını artırmaq üçün 500 milyon dollar ayıracaq.




Oxşar xəbərlər