"Ukraynada Rus Radiosu”nun adı dəyişdirilərək "Bayraktar radiosu" adlandırıldı


  • 17:38 / 19 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


Ukraynanın Teleradio Yayımı üzrə Milli Şurası “Ukraynada Rus Radiosu” şirkətinin lisenziyasını ləğv edib.

“Rupor” Report-a istinadən xəbər verir ki, bu barədə şura məlumat yayıb.

Qurumun mayın 19-da keçirilən iclasında radionun “Radio Bayraktar” adlanmasına dair qərar qəbul olunub. Bundan sonra “Ukraynada Rus radiosu” adı kimi, loqosunu da dəyişib.

Xatırladaq ki, bu il fevralın 27-də TAVR Media radiostansiya qrupu “Ukraynada Rus radiosu”nu qəbul etməmişdi.



Oxşar xəbərlər