Rusiya bu ölkə ilə sərhədə əlavə ordu yeridir


  • 17:05 / 20 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


Yaxın gələcəkdə Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olmaq niyyətinə cavab olaraq ölkənin qərbində yeni hərbi birləşmələr formalaşdıracaq.

"Rupor" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Rusiya sərhədləri yaxınlığında qərb istiqamətindən hərbi təhdidlər artır:

“Buna görə də Rusiya qoşunların döyüş tərkibini fəal şəkildə təkmilləşdirir və ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə və bölmə formalaşdırılacaq”. (Axar.az)



Oxşar xəbərlər