Rusiyanın Ukraynada daha bir generalı öldü


  • 20:33 / 24 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada gedən müharibə zamanı dünyasını dəyişib.

“Rupor” xəbər verir ki, bu barədə BBC-nin rus xidməti üç keçmiş hərbi qulluqçuya istinadla xəbər verir.

Nəşrin məlumatına görə, mayın 22-də Luqansk vilayətində Rusiyanın Su-25 hücum təyyarəsi vurulub. Bu zaman təyyarədə olan Botaşev katapult edə bilməyib.

Mayın 20-də 63 yaşı tamam olan generalın Ukraynada hansı döyüş əməliyyatını yerinə yetirməsi məlum deyil. Belə ki, Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. 

Botaşev kimi yüksək rütbəli zabitin Ukraynada müharibəyə cəlb edilməsi Rusiya ordusunda yüksək ixtisaslı mütəxəssis çatışmazlığı kimi dəyərləndirilib. 

Rusiyanın Su-25 təyyarəsinin məhv edilməsi ilə bağlı məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyib. (Qafqazinfo)



Oxşar xəbərlər