İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı


  • 21:51 / 28 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

“Rupor” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Eyni zamanda 40-a yaxın insan yaralanıb.

Hadisəyə görə şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Xatırladaq ki, biznes binası mayın 23-də çöküb. Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib. (Report)



Oxşar xəbərlər