Finlandiya qırıcılarını ölkənin şimalında yerləşdirəcək


  • 11:36 / 29 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


Finlandiya 2026-cı ildə ordunun istifadəsinə veriləcək ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarını ölkənin şimalındakı Rovaniemi şəhəri yaxınlığındakı hava bazasında yerləşdirməyi planlaşdırır.

“Rupor”
xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ötən ilin dekabrında Finlandiya hakimiyyəti köhnəlmiş F/A-18-ləri əvəz etmək üçün ABŞ-dan 64 ədəd F-35 qırıcısı almaq niyyətində olduqlarını açıqlamışdı. Təyyarələrin ilk partiyası 2026-cı ildə Rovaniemidə, digərləri isə daha sonra ölkənin cənubunda yerləşdiriləcək.



Oxşar xəbərlər